Hikmət Hacıyev: "Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı

Hikmət Hacıyev: "Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdıHikmət Hacıyev: "Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünya müsəlmanlarını təmsil edən, 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun təşkil etdiyi ""Special Edition Talks"" proqramında qonaq olub.
Bu barədə "Sabah" xəbər yayıb.
Bildirilir ki, 28 illik erməni işğalından sonra Dağlıq Qarabağ zəfərindən danışan Hikmət Hacıyev 44 günlük müharibədə Türkiyənin dəstəyinin Azərbaycan üçün böyük önəm daşıdığını vurğulayıb.
"Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş ölkə Azərbaycana kömək əli uzatdığını gördük. Ermənistanın etdikləri qarşısında da Türkiyə dəstəkləyici mövqeyini və ədalət tərəfdarı münasibətini göstərib. Türkiyə xalqının 44 gün ərzində Azərbaycan xalqının yanında olduğunu gördük və bu, bizi çox sevindirdi. Həm xalqın yanımızda olması, həm də diplomatik dəstək Azərbaycanı şübhəsiz ruhlandırdı. Bu, müharibədə bizim üçün güc mənbəyi oldu", - deyə o, bildirib.
Xocalı faciəsi ilə bağlı danışan Hikmət Hacıyev dünyanın bir çox qurum və təşkilatlarının bunu bəşəri cinayət adlandırdığını, Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarqsyanın insanlığa qarşı bu cinayətdə məsul olduqlarını vurğulayıb:
"Zamanla bu cür hərbi doktrinaların Ermənistan tərəfindən təkrarlandığını gördük. Xatırladım ki, 44 günlük müharibənin ideyası və mahiyyəti də belə idi. Azərbaycanın mülki vətəndaşlarına atılan ağır raketlər və bombalar nəticəsində yüzlərlə insan öldü".
Prezidentin köməkçisinin sözlərinə görə, əslində Xocalı faciəsindən bəri zehni olaraq çox şey dəyişməyib, hələ də siyasi və hərbi motivlərdə həmin hadisənin mahiyyətinin əks olunduğu müşahidə edilir. O, insanlığa qarşı bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyindən də danışıb.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Türkiyə ilə Azərbaycanın siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji müttəfiqliyə də toxunub, tarixi İpək Yolu üçün layihələrin böyük əhəmiyyət daşıdığını söyləyib.
Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatırdığını bildirən H.Hacıyev "Türkiyə iqtisadiyyatına tam etibar edirik", - deyə vurğulayıb. /oxu.az

Siyasi       Tarix: 25 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun