Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri Dirk Lölke ilə görüşünün yekunlarına dair Almaniya səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"İqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin dünən Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi tanışlıq görüşünün əsas mövzuları olub", - paylaşımda qeyd edilib.
Diplomatik missiyanın məlumatına görə, görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb.
"Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik", - paylaşımda qeyd olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var