Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:
"Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırmaq ehtirasını azaltmağa çalış. Yoxsulluq əmlakın azalması ilə deyil, doymaz istəklərin artması ilə xarakterizə olunur".
1917-ci il noyabrın 19-da ensiklopedik biliyə malik alim, iqtisadçı, inqilabçı, həkim, utopik filosof və fantast yazıçı, sosializmin ən böyük ideoloqlarından biri sayılan Aleksandr Aleksandroviç Boqdanov "Fəhlə partiyasının və indiki inqilabın taleyi" adlı məqaləsində ilk dəfə "hərbi kommunizm" terminindən istifadə etmişdi.
Yeri gəlmişkən, Boqdanov Xarkov Universitetinin tibb fakültəsində ekstern qaydada təhsil almışdı.
Maraqlıdır ki, müəllif "hərbi kommunizm" ideyasına yalnız siyasi və iqtisadi baxımdan deyil, cəmiyyətin təkamülü kontekstində, daha çox fəlsəfi yanaşırdı.
Hərbi kommunizm isə artıq 1918-ci ildən etibarən dövlət siyasəti səviyyəsində tətbiq olunmağa başladı. Məqsəd ölkəni və bolşevik hakimiyyətini Vətəndaş müharibəsi şəraitində qoruyub saxlamaq, mövcud resursları səfərbər etmək və iqtisadi böhrandan çıxış yolu tapmaq idi.
Bu siyasətin meydana çıxmasının bir neçə əsas səbəbi var idi:
* Qırmızı Ordunun təminatı və Vətəndaş müharibəsi, eləcə də xarici müdaxilə dövründə hakimiyyətin qorunması üçün bütün resursların səfərbər edilməsinə ehtiyac yaranmışdı.
* Təsərrüfat sistemi dağılıb, ölkənin bir sıra əraziləri itirilmişdi.
* Kəskin ərzaq qıtlığı yaranmış, şəhərlə kənd arasında ənənəvi bazar əlaqələri, demək olar ki, iflic olmuşdu.
Ən əsası isə bolşeviklərin bir çoxu iqtisadiyyatın mərkəzləşdirilmiş qaydada idarə edilməsini, iri və orta, qismən də kiçik sənaye müəssisələrinin milliləşdirilməsini, kənd təsərrüfatı məhsullarının bir çoxunun dövlət inhisarına keçirilməsini, ərzaq sapalağının tətbiqini, özəl ticarətin qadağan edilməsini, əmtəə-pul münasibətlərinin məhdudlaşdırılmasını, maddi nemətlərin bölgüsündə bərabərləşdirmə siyasətini, ordu və milis qüvvələrinin təsərrüfat işlərinə cəlb olunmasını sosializmə keçidin əsas şərtləri hesab edirdi.
Lenin şəxsən "hərbi kommunizm" siyasətini müharibə və dağıntıların diktə etdiyi müvəqqəti tədbir kimi qiymətləndirirdi. Lakin bu məqsədə çatmaq üçün hər şeyin səfərbər edilməli olduğunu düşünürdü: siyasi mübarizə, proletar elmi və mədəniyyəti, kütlələrin yaradıcılığı… Çünki o, kütlələrin yaradıcılığını "əməyin ən yüksək və ən mürəkkəb növü" hesab edirdi.
Necə olursa-olsun, hərbi kommunizm bolşeviklərə Vətəndaş müharibəsində tab gətirməyə və qələbə qazanmağa kömək etdi. Lakin bunun bədəli ağır oldu: kənd təsərrüfatı və sənaye istehsalı kəskin şəkildə gerilədi, pul dəyərdən düşdü, aclıq yarandı, kəndlilərin kütləvi üsyanları baş verdi.
Nəhayət, 1921-ci ildə Yeni İqtisadi Siyasət – NEP tətbiq olunmağa başladı.
Boqdanovun başqa bir maraqlı ideyası
Yeri gəlmişkən, Boqdanovun daha bir qeyri-adi təklifi var idi. O, sadələşdirilmiş ingilis dilinin yaradılmasını təklif edirdi. Səbəbi isə bu dildə sənaye proletariatının daha böyük hissəsinin danışması idi.
Həmin dövrdə süni dillərə, xüsusilə esperantoya böyük maraq vardı. Boqdanov isə daha praqmatik yanaşma irəli sürmüşdü: ingilis dilini əsas götürmək, onun yazı sistemini və qrammatikasını köklü şəkildə sadələşdirmək, dünya proletar inqilabının ortaq dilini yaratmaq.
Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən Maraqlıdır ki, bu ideya 1920-ci illərin sonlarında britaniyalı dilçi Çarlz Oqden tərəfindən həyata keçirildi. O, cəmi 850 sözdən ibarət lüğətə və sadələşdirilmiş qrammatikaya malik Basic English (Əsas ingilis dili) layihəsini yaratdı.
1943-cü ildə Uinston Çörçill də bu layihəni gələcək beynəlxalq ünsiyyət vasitəsi kimi açıq şəkildə dəstəklədi.
Beləliklə, inqilabın dili kimi düşünülən sadələşdirilmiş ingilis dili sonradan qlobal kapitalizmin əsas kommunikasiya vasitələrindən birinə çevrildi. Tarixin ironiyası da elə budur!
Həkim Boqdanovun müəmmalı taleyi
Boqdanovun həyatının daha bir maraqlı səhifəsi onun tibbi fəaliyyəti ilə bağlıdır.
1926-cı ildə o, dünyada ilk Qanköçürmə İnstitutunun təşkilatçısı və direktoru oldu. Alim qan köçürülməsi vasitəsilə insanın cavanlaşmasının mümkünlüyünə səmimi şəkildə inanırdı. Bu nəzəriyyəni yoxlamaq üçün özü də dəfələrlə qan köçürmə təcrübələrində iştirak etmişdi.
Əsl professor Preobrajenski!
Lakin onun elmi axtarışları faciə ilə nəticələndi. Boqdanov öz üzərində apardığı növbəti təcrübə zamanı, 1928-ci ildə həyatını itirdi. Qan köçürülməsi zamanı baş verən ağır fəsadlar onun ölümünə səbəb oldu.
Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən İnqilabçı filosofun düşüncələrindən seçilmiş fikirlər:
* "Məqsədlərinizi seçməkdə azadsınız – insanın yeganə azadlığı da elə budur".
* "Biz hücum etdiyimiz müddətdə qalib gəlirik".
* "İnsan şəxsiyyətdir, lakin onun gördüyü iş şəxsiyyətdən asılı deyil. Gec-tez insan öz sevincləri ilə birlikdə həyatdan köçür".
* "Bütöv insanı hələ uşaq yaşlarından formalaşdırmaq lazımdır".
* "Azadlıq həyat mübarizəsində insan səylərinin birliyidir".
* "Bəşəriyyət artıq mövcud olmayan şəxsiyyətin cansız simvoluna ehtiyac duymur. Elmimiz və incəsənətimiz ümumi əməyin nəticələrini şəxsiyyətdən asılı olmayaraq qoruyub saxlayır".
* "İnsan cəmiyyətin əksidir!"
Boqdanovun diqqətçəkən fikirlərindən biri isə sosializmin gələcəyi ilə bağlı proqnozu idi:
"Lakin hətta sosializmin qorunub saxlanıldığı və qalib gəldiyi yerlərdə belə, onun xarakteri uzun illər davam edən mühasirə vəziyyəti, zəruri terror və militarizm nəticəsində dərindən və uzun müddətə təhrif olunacaq. Bunun qaçılmaz nəticəsi isə barbar patriotizm olacaq. Bu, bizim arzuladığımız sosializmdən çox uzaq olacaq".
Bu sözlərdə qəribə bir uzaqgörənlik var. Sanki Boqdanov gələcəkdə sosializm adı altında formalaşacaq sərt siyasi sistemlərin mahiyyətini əvvəlcədən görmüşdü.
Oxuduğuma görə, onun əsərləri bu gün də yenidən nəşr olunur, oxunur və öyrənilir.
Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən Deməli, bütün ideyaları, axtarışları və ziddiyyətli baxışları ilə Boqdanovun düşüncə irsi hələ də maraq doğurur. Tarixdə iz qoymaq üçün insanın bütün fikirlərinin doğru olması vacib deyil. Bəzən onun verdiyi suallar belə onilliklər, hətta əsrlər sonra öz aktuallığını qoruyub saxlayır.
Hər halda, hərbi kommunizmə yoxsulluqla mübarizə vasitəsi kimi baxanlar Platonun bir fikrini də xatırlamalıdırlar: yoxsulluğun səbəbi həmişə sərvətin azlığı deyil, bəzən insanın doymaq bilməyən ehtirasıdır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
Müəllif: İqor Repeşko

Siyasi       Tarix: 18 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

İqtisadi əlaqələr və investisiya perspektivləri

Azərbaycanilə Böyük Britaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığını

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını

Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏR

Estoniya dekabrın 1-dən Rusiya ilə fəaliyyətdə olan üç avtomobil sərhəd-keçid məntəqəsini – Narva, Koidula və Luhamaanı bağlamağa hazırlaşır. Bu qərara səbəb Estoniyanın müdafiə sənayesi müəssisələrindən birinə qarşı törədilməsin

CNN: İran Vaşinqtonda "çirkli bomba" ilə terror aktı törətməyi planlaşdırır

İran ABŞ-ın paytaxtı Vaşinqtonda "çirkli bomba" partlatmaqla və ya kimyəvi silahdan istifadə etməklə Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd planı hazırlayır. Lakin hücumu

Vaşinqtonla Moskvanı birləşdirən gümüş paroxod: 1933-cü ilin diplomatik hekayəsi

"Diplomatiya itin tumarlanması ilə, ağızlıq hazır olana qədər davam edir". — Alman filosofu Fridrix Nitsşe. 1933-cü il noyabrın 16-da ABŞ prezidenti Franklin Delano Ruzvelt və SSRİ-nin xarici işlər xalq komissar

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb. xəbə

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən son görüntülər kriminal krminal bu gun