Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdüAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.
Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.
Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olundu. / azxeber.com

Siyasi       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

Trampdan İrana xəbərdarlıq: Çox ciddi yanaşırıq

Hər hansı bir hücum olacağı təqdirdə, İran heç bir ölkənin indiyədək ödəmədiyi qədər ağır bədəl ödəyəcək. KONKET.azxəbər verir ki, Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin sualların

Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Mill

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan xabarlar cəbhədən video ən son xəbərlər