Hikmət Hacıyevdən İranla imzalanan memorandum barədə - AÇIQLAMA

Hikmət Hacıyevdən İranla imzalanan memorandum barədə - AÇIQLAMA"Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir".
KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, bu gün Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən yeni kommunikasiya bağlantısının nəqliyyat və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağı xüsusi vurğulanıb.
"Dövlətimizin başçısı bu əhəmiyyətli nəqliyyat-kommunikasiya layihəsini daim diqqət mərkəzində saxlayır, onun icrası ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilir.
Bu layihənin həyata keçirilməsi nəticəsində uzun illər ərzində Ermənistanın Naxçıvanı blokadada saxlanması siyasətinə son qoyulacaq. Azərbaycanın iki regionu – Şərqi Zəngəzur ilə Naxçıvan arasında İran ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə bağlantısı yaradılacaq", – deyə Prezidentin köməkçisi əlavə edib.
Bildirilib ki, bununla bərabər, layihə bütövlükdə regionun nəqliyyat-kommunikasiya mənzərəsini dəyişir, Azərbaycan, İran və Türkiyəni birləşdirərək Avrasiyada avtomobil, dəmir yolu, elektrik enerjisi xətti və rəqəmsal bağlantıların daxil olduğu yeni çoxtəyinatlı dəhlizin əsasını qoyur.
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin, Prezident İlham Əliyev tərəfindən "dostluq sərhədi" adlandırılan Azərbaycan-İran sərhədinin ölkəmizə aid hissəsinə nəzarətin təmin edilməsinin bu nəqliyyat-rabitə layihəsinin həyata keçirilməsinə imkan yaratdığını vurğulayan Hikmət Hacıyev deyib:
"Anlaşma Memorandumunun imzalanması Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf edir. Bu layihənin gerçəkləşməsində Azərbaycan ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır.
Əminik ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaq".

Siyasi       Tarix: 12 mart 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber az valyuta məzənnələri son xeber.az xəbər.az