Hikmət Kazımov vəfat etdi
Azərbaycan alimi, pedaqoq, "Abituriyent" jurnalının məsul katibi Hikmət Kazımov vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət İmtaha Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, o, avqust 21-də 72-ci yaşında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, H.Kazımov M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib, gərgin elmi axtarışlarının nəticəsi olaraq pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. Onun səmərəli elmi-tədqiqat işlərini davam etdirməklə bərabər, mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyəti də həmişə yüksək qiymətləndirilib.
Hikmət Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib, Komissiyaya daxil olan müraciətlərin vaxtında, obyektiv və qanunvericiliyin tələblərinə uyğun baxılmasında, vətəndaş məmnunluğunun yaradılmasında müstəsna əmək sərf edib. Onun "Abituriyent" jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olmuş və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.
Allah rəhmət eləsin!

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu