Hilal taktikasından ANAKONDA planına keçid: "Ermənilər TƏSLİM olmalıdır" - ŞƏRH
Laçın yolunda etirazların 24-cü günüdür. Bu isə o deməkdir ki, separatçılar taladıqları faydalı qazıntıları Qarabağdan çıxara bilmirlər. Erməni cinayətkarlar 1 aya yaxındır ki, Qarabağa silah və mina keçirməkdə çətinlik çəkir. Heç İrandan "inşaat" adı ilə Xankəndiyə sursat da daşınmır. Bundan başqa, İrəvandakı təxribatçıların Azərbaycan ərazisinə icazəsiz səfərləri səngiyib.
KONKRET.az xəbər verir ki, 44 günlük savaşda Azərbaycanın hücumu "hilal taktikası"nı xatırladırdısa, hazırkı gedişat "anakonda planı"na bənzəyir:
Bu plan ilk dəfə general Uinfild Skot tərəfindən 1861-1865-ci illərdə Amerikadakı vətəndaş müharibəsi zamanı tətbiq olunub. Həmin vaxt ABŞ sənayə şimalı və quldarlıq cənubuna bölünürdü. Məqsəd cənub ştatlarını şimala tabe etmək olub. Planın əsasını dənizdən mühasirə təşkil edirdi. Bununla cənub ştatlarını blokadaya alan şimal qalib gəldi. Dənizdən mühasirə anakonda ilanın dönmə vəziyyətini xatırladırdı.
Fərq ondan ibarətdir ki, Azərbaycan Qarabağı mühasirəyə almayıb, sadəcə, oranın nəfəsliyi olan Laçın yolunda dinc etirazlar keçirilir. Bu isə Azərbaycan ictimaiyyətinin Laçın yolunda baş verənlərdən xəbərdar olmasıdır. Xankəndidəki ermənilər hər səhəri Şuşadan gələn azan səsi ilə açırdılar, indi həm də azərbaycanlıların etiraz şüarlarının səs-sədası onların gündəlik həyatının bir hissəsinə çevrilib.
– Oliqarx Vardanyan kasıblamaq üzrədir. Çünki qondarma rejimin qanunsuz ehtiyaclarının ödənişi onun cibindən gedir;
– Onun qızıl-filiz planı və qazancı 24 gündür ki, bloklanıb;
– Ruben haqqında portret reportajlar yayımlanmır;
– Qərbin iç üzü açılıb. Belə ki, onları elə öz demokratiya və azad yığışmaq hüquqları ilə biabır etmişik. Söhbət Qərbin ikiüzlülüyünün ifşasından gedir. Başqa vaxt ekofəalların, ədalət tələb edənlərin aksiyalarını dəstəkləyən Qərbdən "Laçın yolunu açın" yalvarışları səslənməkdədir.
Halbuki Laçın yolu açıqdır. Bəli, azərbaycanlı etirazçılar humanitar yardım və tibbi ləvazimatın qarşısını kəsməyib. Amma Arayik Makrona çaxır yollaya, Ruben Vardanyan Paşinyanın xanımına qızıl bilərziklər göndərə bilmir. Nə də İran qeyrətin çəkdiyi Anaitlərə görə Xankəndiyə sursat daşıyır. Beləliklə, ermənilər təslim olmalıdır və ya tərksilah.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO