Hindistanın Azərbaycana mənfi münasibətinin ƏSAS SƏBƏBLƏRİ - ŞOK DETALLAR

Hindistanın Azərbaycana mənfi münasibətinin ƏSAS SƏBƏBLƏRİ - ŞOK DETALLARİkinci Qarabağ müharibəsindən sonra Hindistan da Ermənistanı dəstəkləməkdə davam edir. Düşmən ölkəni silahlandıran Hindistan Ermənistanla birgə təlimlər də təşkil edir. Təbii ki, Ermənistana bu qədər canıyananlıq Hindistana erməni sevgisindən irəli gəlmir. Məsələnin başqa tərəfi var və Hindistanı qıcıqlandıran Azərbaycanın Pakistanla müttəfiqliyidir. Eyni zamanda, Hindistanda müsəlmanlara qarşı ayrı-seçkilik dövlət siyasətidir.
"Əl-Cəzirə"nin təqdim etdiyi bu məqalə Hindistanda müsəlmanların başına açılan müsibətlərə həsr olunub.
Həmin məqalənin tərcüməsini KONKRET.azoxucularının diqqətinə çatdırırıq.
"21 yaşlı Məhəmməd Tariq Mumbayda Mira Yolundan hər gün istifadə edirdi. Amma onun ağlına da gəlməzdi ki, hind millətçiləri onun başına olmazın oyununu açacaqlar. Tariq hər gün istifadə etdiyi yoldan keçəndə hind millətçiləri Tariqin avtomobilini saxlayıb, onu sürüyərək çölə çıxardıblar. Hadisə 21 yaşlı gəncin atasının gözləri qarşısında baş verib. Tariqin 54 yaşlı atası Əbdül Haque oğlunun başına gətirilənləri dəhşətli mənzərə adlandırıb: "Onu təpiklədilər, dəyənəklə döydülər, dəmir zəncirlərlə bədəninin hər yerinə zərbələr endirdilər. Onlar məni kənarda ağaca bağladıqlarından oğluma kömək edə bilmirdim".
Canlı yayımlanan aksiya zamanı izdiham bir neçə müsəlmana hücum edib, onların dükanlarını dağıdıb və "Jai Shri Ram" şüarları səsləndirərkən avtomobillərini yandırıblar. Oxşar nümayişlər Hindistanın bir sıra ştatlarında məscidlərin kənarında və müsəlman məhəllələrində keçirilib. Bu hadisə Hindistanın şimalındakı qədim Ayodhya şəhərindəki Ram məbədini baş nazir Narendra Modinin ziyarəti zamanı baş verib. Məbəd 16-cı əsrdə inşa edilən və 1992-ci ildə sökülən Babur məscidinin yerində tikilib.
Baş nazirin ziyarətindən sonra Bihar ştatında müsəlman qəbiristanlığına hücum edilib. Qəbirlər təhqir olunub. Ram məbədinin üzərində hinduizmi simvolizə edən zəfəran bayrağı qaldırılıb.
Oğlunun tanınmaz hala salınmasına dözməyən ata fəryad qoparır:
"Bu ölkədə yaşamaq cəhənnəmdə yaşamağa bərabərdir. Oğlum aksiyada döyüldükdən sonra polis idarəsində də işgəncəyə məruz qalıb. Dəhşətli budur ki, o qədər adamın içində oğlumun döyülməsinə heç kim mane olmadı. Mən belə yaşamaqdan utanıram".
Modinin tənqidçiləri hadisənin dini deyil, siyasi tərəfinə diqqət çəkirlər. Dehli Universitetinin professoru Apoorvanand bildirib ki, bu məbəd müsəlmanlara qarşı zorakılığın qələbəsinin bayramıdır: "Modi millətin mənbəyini ilahiliklə əlaqələndirdi. Hindistan respublikasının bütün dəyərləri məhv edilib".
Hindistanın performansı beynəlxalq demokratiya indekslərində xeyli aşağı düşüb. Bu ölkədə artan millətçilik və dünyəvi dəyərlərdən açıq-aşkar uzaqlaşma Hindistanın beynəlxalq müttəfiqləri arasında da narahatlıq yaradır. Vudro Vilson Beynəlxalq Alimlər Mərkəzinin direktoru Maykl Kugelman bildirib ki, Modi indi Hindistana xəyanət edir, az vaxt ərzində Hindistanda bütün dəyərlər məhv ediləcək.
Apoorvanandın fikrincə isə məbədin tikintisi "Hindli millətçi hərəkatının" qan istəyini söndürməyəcək . Mərasimdən sonra o, Dehli Universitetində Mathura və Varanasi şəhərlərindəki digər məscidlərin sökülməsi üçün şüarların səsləndirilməsinə sərt reaksiya verib:
"Bunun sonu yoxdur", – deyən professor Hindistanda müsəlmanların təhqir olunmasını pisləyib: "Məscidlərin məbədlərlə əvəz olunmasından minlərlə insan qanının iyi gəlir". Hüquq müdafiəçisi Harş Manderin mərasimi televiziyadan izləməyə hövsələsi çatmayıb. Kəlküttədə keçirilən antifaşist yürüşündə iştirak etmək üçün küçəyə çıxıb. Sosial mediada Modinin tənqidçiləri dinindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarını təmin edən Hindistan konstitusiyasının preambulalarını yerləşdiriblər.
Mander Əl-Cəzirə telekanalına deyib: "Moddinin Ram məbədinin ziyarəti Hindistanın süqutunun mühüm mərhələsidir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 28 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler son xeberler bugun 2026 azerbaycan beynelxalq bank mezenne bugünki xəbərlər