Hökumət bizi tək qoydu - Arutyunyan
"Azərbaycan Zəngəzur sərhədində, Gorus-Qafan yolunda 24 saat ərzində bütün postları quraşdırdı. Orada azərbaycanlıların ağır texnikaları da işləyirdi. Sakinlər ərazidə 200-ə yaxın əsgər görmüşdülər. Onlar, cəmi bu qədər adam bir günə postları qurdu və möhkəmləndi".
Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Çakaten kəndinin bələdiyyə sədri Ara Arutyunyan deyib. O bildirib ki, hazırda 6 kəndin əhalisi üçün xüsusilə çətin vəziyyət yaranıb:
"Onlar da 5 addımlıq yolu gərək dolambac yollarla gedərək mənzil başına çatalar. Bu, ağlasığmazdır. İnsanlar məndən bir məlumat gözləyirlər. Onlar qonşu kəndə getmək üçün gərək meşə və dağlardan keçsinlər. Bu da mümkün deyil, çünki qış yaxınlaşır. Hökumət bizi burada tək qoydu. Bir dəfə də maraqlanmadı ki, vəziyyətiniz necədir. Artıq gecə 00:00-dan Azərbaycan tərəfinin sərhəd və gömrük postları fəaliyyətə başlayıb. Halbuki onlar dünən saat 16:00-da postlar qurmağa başladılar və axşam saatlarında işlərini bitirdilər. İndi biz pul ödəyib bir ərazidən digərinə keçməliyik".
Tural Turan
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi