Homoseksuallarla bağlı Səhiyyə Nazirliyindən yeni qanun layihəsi - 18 yaşdan aşağı şəxslər...
Almaniya homoseksuallığı müalicə edən terapiyanı qadağan etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, Səhiyyə naziri Yens Span bununla bağlı yeni qanun layihəsi elan edib.
Belə ki, homoseksuallığı müalicə edən terapiyadan yalnız 18 yaşından yuxarı şəxslər istifadə edə biləcək. Bununla belə, yetkin şəxslərə yalnız müəyyən şərtlər daxilində buna icazə veriləcək. Müalicə üçün şəxsin aldadılmadığı, məcbur edilmədiyi və təhdid olunmadığını sübut etməsi lazım gələcək.
16-18 yaş arasındakı şəxslərdə isə müalicə alacaq şəxs riskləri və nəticələrini anlaya biləcək vəziyyətdə olduğuna dair sənəd göstərməlidir.
Bu müalicə dini liderlər və psixoterapevtlər tərəfindən tətbiq olunur. Ölkədə hər il minə yaxın insan homoseksuallıqdan mübarizə aparmaq üçün müalicə alır.
Yeni qanunu pozanları 1 ilə qədər həbs cəzası və cərimə gözləyir.
Özü də homoseksual olan Almaniya Səhiyyə naziri RND yayım qurumuna LGBT+-un xəstəlik olmadığını, buna görə də müalicənin lazımsız olduğunu deyib.
Müalicə proseduru elektroşok və müəyyən intizam qaydalarına riayət etməkdən ibarətdir. Mütəxəssislər müsbət təsirinin olduğunu sübut edə bilmədikləri müalicənin intihar riskinə yol açdığını bildirir. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək