Honq-Konq kəşfiyyatına işləməkdə ittiham edilən şəxsin meyiti tapıldı
Honq-Konqun kəşfiyyat xidmətlərinə casusluq etməkdə ittiham olunan şəxsin Londonun kənarındakı Maidenhead parkda meyiti tapılıb.
KONKRET.az "CNN" telekanalına istinadən xəbər verir ki, Britniya polisi 37 yaşlı Metyu Trikettin cəsədini aşkarlayıb.
Qeyd edək ki, Trickett mayın 13-də milli təhlükəsizlik cinayətlərində ittiham olunan digər iki şübhəli ilə birlikdə "Westminster Magistrates" Məhkəməsində ifadə vermişdi. Üç şəxsə qarşı ittihamlarda iddia edilir ki, onlar 2023-cü il dekabrın 20-dən 2024-cü il mayın 2-dək xarici kəşfiyyat xidmətinə maddi yardım göstərə biləcək məlumat toplama, müşahidə və aldatma hərəkətləri etməyə razılaşıblar. Məhkəmənin qərarı ilə hər üç şəxs zaminə buraxılsa da, müntəzəm olaraq polis bölməsində qeydiyyatdan keçməli idi.
Çinin Böyük Britaniyadakı səfirliyi və Honq-Konqun baş icraçı direktoru Con Li ittihamları həm pisləyib, həm də rədd edib.
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi