"Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik" – Ekspert

Dünya və Azərbaycan neftinin qiyməti sürətlə artır. Regionda gərginliyin artması, xüsusilə də Hörmüz boğazı ətrafında baş verən hadisələr bazara ciddi təsir göstərir. İranın boğazdan keçən tankerlərə hücumlarından sonra dünya bazarında neftin qiyməti 40 dollardan çox bahalaşıb. Bəs müharibənin gedişində hansı hadisələr qiymətlərin daha da artmasına səbəb ola bilər? Məsələn, mümkün quru əməliyyatlarının başlaması neft bazarında yeni bahalaşma dalğası yarada bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov azxeber.com-a açıqlamasında bildirib ki, neftin qiymətləri müharibənin miqyası və coğrafiyasından asılı olacaq.
"Neftin dünya bazarındakı qiymətinin dəyişməsi birbaşa müharibənin nə qədər davam edəcəyindən və coğrafiyasından asılıdır. Müharibə uzanarsa və prosesə daha çox ölkə cəlb olunarsa, bu, dünya bazarında neftin qiymətində yeni artımlarla müşayiət oluna bilər. Məsələ yalnız enerji məhsullarının daşınması ilə bağlı infrastruktur və texniki çətinliklərlə məhdudlaşmır. Eyni zamanda, neft hasilatının azalması faktoru da mühüm rol oynayır. Artıq praktiki olaraq Körfəz ölkələrində neft hasilatının müəyyən qədər azalmasını müşahidə edirik. Bu halda dünya bazarında neftin qiymətində yeni artımlar istisna deyil".
Deputat qeyd edib ki, müharibənin uzanması 2015-ci ildən əvvəlki yüksək neft qiymətlərinin yenidən təkrarlanmasına səbəb ola bilər.
"Əgər müharibə qısa müddətdə başa çatarsa və Körfəzdə, o cümlədən Hörmüz boğazında yüklərin daşınması ilə bağlı texniki çətinliklər aradan qalxarsa, o zaman dünya bazarında neftin qiymətinin sabitləşməsi mümkündür. Lakin müharibənin coğrafiyası genişlənərsə, Hörmüz boğazı daha uzun müddət bağlı qalarsa və ya Körfəz ölkələrində hasilat azalarsa, bu halda dünya bazarında neftin qiymətində daha ciddi artımlar baş verə bilər. Hətta bu, 2015-ci ildən əvvəlki yüksək qiymətlərin yenidən təkrarlanmasına səbəb ola bilər. Yaxın günlərdə hansı ssenarinin reallaşacağı bəlli olacaq. Hələlik isə neft bazarına təzyiq kifayət qədər yüksək olaraq qalır".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 10 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun