Hulusi Akar: Azərbaycan əsgəri türkün gücünü dünyaya göstərdi
"Azərbaycan türkünün bizim həyatımızda ayrı yeri var. Bütün fəaliyyətlərimizi qardaşlıq anlayışına uyğun davam etdririk. Bəxtiyar Vahabzadənin dediyi kmi, biz bir ananın iki övladıyıq".
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada Zəfər Bayramına həsr olunmuş "Qardaşlığımızın Zəfəri" adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə vətəndaşları heç bir zaman bir millət, iki dövlət olduğumuzu unutmamalıdır.
Nazirin sözlərinə görə, Türkiyə can qardaşlarının haqlı mübarizəsində hər zaman yanında olub və olmağa davam edəcək.
"Ermənistanın azərbaycanlı qardaşlarımızın torpaqlarını işğal etdiyini, bir milyondan çox insanın torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımının törədildiyini görməyənlər sonradan ortaya çıxıb. Bunlar, həmçinin, ATƏT-in Minsk Qrupu, 30 il ərzində səslərini çıxarmadılar. İndi isə Avropa İttifaqı çərçivəsində, atəşkəsə nəzarət etmək adı ilə buraya gəlirlər. Çox şükür ki, 44 gün davam edən müharibədən sonra Azərbaycan torpaqları azad edildi. Azərbaycan əsgəri torpaqlarını azad edə biləcək gücə sahib olduğunu, türkün gücünü dünyaya göstərdi", – deyə o bildirib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü