Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO

Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTOHulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.
"TRT Avaz" xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Akarın məktubunu Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailəsinə çatdırıb.
"Ermənistanın işğalı altında olan ərazilərini azad edən şanlı Azərbaycan ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində ağır yaralanan baş leytenant Valeh Memiyevin şəhid olması bizi çox kədərləndirdi. Baş leytenant Valeh vətən torpağını işğaldan qurtaracağı barədə verdiyi sözü tutub, Qubadlının yaşayış yerlərinin azad edilməsindən sonra şəhidlik zirvəsinə ucalıb.
Şəhidlərimizin və qazilərimizin cəsarəti, qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq", - deyə məktubda qeyd edilir.
Dövlətinin bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacağını vurğulayan Akar Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.
Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.
Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.
Akar Məmiyevə "Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız" deyib.
Məmiyev isə bildirib ki, "Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək".
Baş leytenant Məmiyev 27 sentyabr-10 noyabrda davam edən 44 günlük müharibə zamanı Qubadlı rayonunda bir çox yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsində iştirak etdikdən sonra yaralanıb.
O, müalicə edildikdə "İndi məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə Naziri Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun!" deyib və bir müddət sonra şəhidlik zirvəsinə ucalıb.
Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTOHulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi - FOTO

Siyasi       Tarix: 18 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava durumu dunya xeberleri cəbhədən son durum