Hulusi Akar: "Ordumuz Türkiyədə, Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır
"Türkiyə Silahlı Qüvvələri, ölkəmizdə, Azərbaycanda, Kipr, Liviya, Şərqi Aralıq dənizi, Suriya və İraqın şimalında, eləcə də bir çox coğrafiyada həm Türkiyənin, həm də dostlarımızın, qardaşlarımızın təhlükəsizliyini, hüquqlarını qorumaq, qlobal sülhə, rifaha, sabitliyə töhfə vermək üçün var gücü ilə çalışır".
Azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Şərq Aralıq dənizində "DENİZKURDU-2021" təlimlərini müşahidə etdikdən sonra çıxış edərkən bildirib.
H.Akar deyib ki, Türkiyə ordusunun uğurunu həzm etməyən qüvvələr təxribatlar törətməyə cəhd edirlər: "Ordumuza və komandir heyətinə böhtan atmağı vərdiş halına gətirən ordupozanlar var. Fitnə-fəsad ardınca düşən bu "ordupozanlar" nəcib millətimizin sevgisindən, inamından və dualarından ilham alan Türkiyə ordusunun üç qitədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, təlimlərə mane ola və kölgə sala bilməyəcəklər.
Türkiyə Silahlı Qüvvələri, min illərdən süzülüb gələn milli, mənəvi və peşə dəyərlərimizə söykənərək ağılın, məntiqin, elmi biliklərinin işığında, konstitusiyamız və qanunlar çərçivəsində öz vəzifəsini şərəflə icra etməkdədir və bunu əzmlə davam etdirəcəyik. Buna heç kim şübhə etməməlidir", deyə nazir bildirib.

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir