Hulusi Akar Rusiya-Ukrayna gərginliyi barədə: "Əlimizdən gələni edirik"
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya ilə Ukrayna arasındakı gərginliyə münasibət bildirib.
KONKRET.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Ankaranın böhranın diplomatik yolla həllində maraqlı olduğunu deyib.
"Diplomatiya və dialoqun davam etdirilməsi və beləliklə, böhranın aradan qalxması hər birimizin arzusudur. Bunun üçün əlimizdən gələni edirik", – nazir vurğulayıb.
H.Akar, həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib: "Bizim Rusiya-Ukrayna böhranına münasibətimiz ilk gündən bəri açıq və konkretdir. Mövqeyimiz ən yuxarı səviyyələrdə-Prezident və nazirlər səviyyəsində həmişə dilə gətirilib. Biz ilk gündən etibarən Krımın işğalına qarşı olduğumuzu deyirdik. Regiondakı gərginliyin soyuqqanlı həllinin tərəfdarıyıq. Bu mənada Qara dəniz sahili ölkələrinin hüzur və rifah içində yaşamasını istəyirik. Bizim üçün həm Gürcüstanın, həm Ukraynanın ərazi bütövlüyü vacibdir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var