Hulusi Akardan Ukraynadakı vəziyyətlə bağlı AÇIQLAMA
"Rəsmi Ankara Qara dəniz regionunda sülh və sabitliyin tərəfdarıdır".
KONKRER.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala döyüşündəki qələbənin 107-ci ildönümünə həsr olunan mərasimdə bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Ukraynada baş verənləri diqqətlə izləyir və hər fürsətdə bu ölkədə sabitliyi bərpa edəcək dərhal atəşkəs haqqında razılığın əldə olunmasının vacibliyini vurğulayır.
H.Akar Ukraynada, o cümlədən Mariupol şəhəri ərazisində dərinləşən humanitar böhrana diqqət çəkib.
"Türkiyə tərəfi Ukraynanın bu bölgəsindən Türkiyə vətəndaşlarını və bütün mülki əhalinin təhlükəsiz şəkildə çıxarılması üçün həm Kiyev, həm də Moskva ilə fəal əlaqə saxlayır. Türkiyə Qara dəniz regionunda sülh və sabitlik üçün əlindən gələni etməyə davam edir, o cümlədən Boğazların statusu haqqında Montrö Konvensiyasının (1936-cı il) imkanlarından istifadə edir", – deyə nazir qeyd edib. /konkret.az
Xidmetler [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti