Hüseyn Əmir Abdullahiyan Türkiyənin yeni xarici işlər nazirinə zəng vurdu
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı İranın XİN rəhbəri Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
Abdullahian iki ölkə arasında sıx əməkdaşılğın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı İran xarici işlər naziri turkiyəli həmkarını Tehrana səfərə dəvət edib.
Nazir həmçinin ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İranın baş diplomatı iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.
Hakan Fidan iranlı həmkarının təbrikinə görə minnətdarlığını bildirib.
Yeni nazir Türkiyə ilə İran arasında dialoqların və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Hakan Fidan ən qısa zamanda Tehrana səfər edəcəyini deyib.
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi