I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - Fotolar

I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarMüzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanmasından sonra  işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir.
Bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanmışdır. Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 nəfərindən biri Abşeron rayonu Qobu qəsəbə sakini,  1951-ci il təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşmişdir. Onun nəşi bu gün Qobu qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Qasımov Gülverdi Abil oğlunun yanında dəfn olunmuşdur. Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak etmişdir.
Gülverdi Hüseynov sovet ordusunda xidmət edən zaman Birinci Qarabağ müharibəsi başlayandan sonra vətənə qayıdaraq könüllü şəkildə cəbhəyə gedib və gizir kimi vətəninə xidmət edib. 26 yanvar 1992-ci ildə Gülverdi Hüseynovun Şuşa rayonu, Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmamışdır. 
Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində könüllü olaraq vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görülmüşdür. 
Dəfn mərasimində şəhidin ailə üzvləri bildirmişdir ki, uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Gülverdi Hüseynovun nəşinin tapılmasını, ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar. 31 ildən sonra şəhidin nəşinin gətirilərək uzun illər yaşadıqları Qobu qəsəbəsində dəfn edilməsini yüksək dəyərləndirən ailə üzvləri buna görə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.
I Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - FotolarI Qarabağ Müharibəsi şəhidi Gülverdi Hüseynov Abşeron rayonunda dəfn edildi - Fotolar/ azxeber.com

Sosial       Tarix: 23 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler az son xeberler bugun 2026 canli cəbhədən son vəziyyət sonxeberler