İbtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyası keçirilən universitetlər - SİYAHI
Bu ilin may ayından etibarən 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisasının proqram akkreditasiyasının həyata keçirilməsinə başlanılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, artıq üç ali təhsil müəssisəsinə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Naxçıvan Müəllimlər Universiteti və Gəncə Dövlət Universitetinə baxış məqsədi ilə səfərlər təşkil edilib.
Qeyd olunub ki, digər 11 ali təhsil müəssisəsində də bu proses mərhələli şəkildə baş tutacaq. Baxışı yekunlaşan ali təhsil müəssisələri üçün proses yekun hesabatın yazılması mərhələsindədir. Yekun hesabat Akkreditasiya şurasına çıxarıldıqdan sonra ictimaiyyətə proqram akkreditasiyası ilə bağlı qərar barədə məlumat veriləcək. Növbəti mərhələdə hansı proqramların əhatə olunacağı ilə bağlı məlumat proseslərə başlanılmazdan öncə ictimaiyyətlə bölüşüləcək.
Proqram akkreditasiyasının keçirildiyi ali təhsil müəssisələri aşağıdakılardır:
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
- Azərbaycan Dillər Universiteti
- Bakı Qızlar Universiteti
- Bakı Slavyan Universiteti
- Lənkəran Dövlət Universiteti
- Mingəçevir Dövlət Universiteti
- Xəzər Universiteti
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir