İcarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs TUTULDU - FOTO
Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Paşan kəndi ərazisindəki qarğıdalı sahəsində çətənə kollarının becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və keçirilən əməliyyat tədbiri nəticəsində həmin kənd sakini Məmməd İsayev narkotik tərkibli bitkilərə qulluq edərkən yaxalanıb. Əraziyə baxış zamanı oradan kultivasiya edilən 25 ədəd çətənə kolu aşkarlanıb. M.İsayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl icarəyə götürdüyü torpaq sahəsində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"