İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ
İcbari tibbi sığorta xidməti verən özəl müəssisələrin sayı arta bilər - RƏSMİ
"İcbari tibbi sığortanın tətbiq edildiyi regionlar üzrə özəl tibb müəssisələri ilə müqavilələrimiz mövcuddur".
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova məlumat verib.
O bildirib ki, əsasən Bakı və Gəncə şəhəri üzrə özəl tibb müəssisələri ilə müqavilələr bağlanıb:
"Respublikamızda fəaliyyət göstərən böyük tibb müəssisələrinin əksəriyyəti ilə müqavilələr mövcuddur. Biz müqavilələri həmin özəl müəssisələrlə bağlayırıq ki, orada həm ambulator, həm də stasionar xidmətlər göstərilsin".
Agentliyin idarə heyətinin sədri Zaur Əliyev əlavə edib ki, Mərkəzi Klinika, Respublika Diaqnostika Mərəzi, Mərkəzi Gömrük Hospitalı kimi tibb müəssisələri ilə icbari tibbi sığorta xidmətlərinin təmin edilməsi üzrə müqavilələr mövcuddur:
"Hazırda biz vətəndaşlarımızı həmin müəssisələrə yönləndiririk. Ehtiyaca uyğun olaraq gələcəkdə öz tibb müəssisələrimizdə ala bilmədiyimiz xidmətlər üzrə digər xəstəxanalarla yeni müqavilələr bağlaya bilərik ". /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi