"İçərişəhər"in rəhbəri bu dairədən namizədliyini irəli sürdü
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb.
Modern.az-ın məlumatına görə, Şahin Seyidzadə namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən irəli sürüb.
Məlumatı saytımıza adı çəkilən Dairə Seçki Komissiyasından təsdiqləyiblər. Bildirilib ki, Ş.Seyidzadə artıq imza vərəqələrini də götürüb.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən namizədi Rasim Ramis oğlu Novruzovdur. O, Qobustan rayonunun Sündü kəndinin bələdiyyə sədridir.
Xatırladaq ki, Şahin Seyidzadə altıncı çağırış Milli Məclisə 50 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdi. 2022-ci ilin martında ölkə başçısının sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunan Şahin Seyidzadə deputat mandatını təhvil vermişdi. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat