İcma: "Dağlıq Qarabağdakı "seçkilər" Ermənistanın və işğalçı rejimin şousudur

İcma: "Dağlıq Qarabağdakı "seçkilər" Ermənistanın və işğalçı rejimin şousudurİcma: "Dağlıq Qarabağdakı "seçkilər" Ermənistanın və işğalçı rejimin şousudur"
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qanunsuz "seçkilərlə" bağlı bəyanat yayıb.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin 31 mart tarixində "prezident və parlament seçkiləri" adı altında növbəti "seçki şousu" təşkil edilib. Təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımı qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir ləkədir.
Dünyanın hazırda koronavirus (COVID-19) pandemiyası ilə üzləşdiyi vaxtda insanların həyatının təhlükə altında qalmasına baxmayaraq, Ermənistan və işğalçı rejim öz xislətinə sadiq qalaraq, hətta belə bir vəziyyətdə qanunsuz fəaliyyətini davam etdirir və "seçkilər" adlı şou keçirir.
Bu bir daha Ermənistan və qondarma qurumun söykəndiyi "dəyərlərin" və əsarətində saxladığı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının üzvlərinə olan "münasibətinin" göstəricisidir, həmin insanların həyatı və taleyinin rejim üçün nə qədər önəmsiz olduğunu təsdiq edir.
Hesab edirik ki, Dağlıq Qarabağda yaşayan ermənilər onlara dəyər verməyən, pandemiya təhlükəsindən qorumaq əvəzinə onları saxta oyunların qurbanına çevirən Ermənistanın və işğalçı rejimin əlində alət olduqlarını nəhayət ki, anlayacaqlar.
İşğal olunmuş Dağlıq Qarabağda qanunsuz "seçki" keçirilməsi etnik təmizləməyə məruz qalmış və torpaqlarından qovulmuş azərbaycanlıların əsas insan hüquqlarının kobud şəkildə tapdalanmasıdır. Bildiririk ki, belə saxta "seçkilərlə" bağlı əvvəllər BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət dəfələrlə bəyanatlar verərək, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz "seçkiləri" pisləyib və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bəyan ediblər.
Bu qanunsuz "seçkilər" danışıqlar prosesinə daha bir zərbədir və vəziyyətin gərginləşməsinə xidmət edir.
Əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin Konstitusiyası və digər qanunlarına uyğun olaraq, keçiriləcək qanuni seçkilərdə iştirak edəcəklər".

Siyasi       Tarix: 01 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. -ın məlumatına görə, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportund

Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliy

"Truth Social"-da yeni xidmət: Trampın paylaşımlarına erkən çıxış imkanı yaradılır

ABŞ Prezidenti Donald Trampın media şirkəti "Trump Media" treyderlər və institusional investorlar üçün yeni pullu xidmət istifadəyə verməyə hazırlaşır. xəbər verir ki, bu barədə "The Wall Street Journal"

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbaro

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalandı

Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məsləhətləşmələ

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ

Rusiya Türkiyənin beş şirkətindən ərik, albalı, gilas, şaftalı və nektarin idxalına məhdudiyyət tətbiq edib. xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Bildirili

Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Səfər çərçivəsində sabah Rusiyanın xarici işlər nazir

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib. xəbər verir ki, bu barədə Azərbaycan Xaric

İlham Əliyev Almaniyaya səfər etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. xəbər verir ki, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlətimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar sonxeber az ən son xəbərlər bugün sou xeberler