İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARMartın 5-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşəbbüsü ilə "Təhsil sektoru"na həsr olunmuş sektorial görüş təşkil olunub. Tədbirin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən qurumlar, dövlət strukturları və sahibkarlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, həmçinin sahədə mövcud aktual məsələlərin müzakirəsi olub.
Görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, sahibkarlar və təhsil sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin məqsədi haqqında məlumat verib. O bildirib ki, bu cür görüşlər müxtəlif sahələr üzrə sahibkarların və mütəxəssislərin vahid platformada bir araya gətirilməsinə xidmət edir. Tural Mustafayev qeyd edib ki, təhsil sektoru ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu sahədə dövlət qurumları, ali təhsil müəssisələri və biznes nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, bu tip təşəbbüslər yeni layihələrin formalaşmasına və tələbələrin karyera imkanlarının genişlənməsinə də töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov təhsil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər. Çıxışlarda ali və peşə təhsilinin inkişaf istiqamətləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrin məşğulluq imkanlarının artırılması məsələləri xüsusi vurğulanıb.
Tədbirdə həmçinin sponsor qurumların nümayəndələri də çıxış ediblər. Türk Hava Kurumu Universitetinin Bakı nümayəndəliyinin direktoru Fuad Hacıyev, "Pak Xalça" şirkətinin təsisçisi Vüqar Əhmədov və "Focus Optika" şirkətinin direktoru Məmmədemin İslamov təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək biznes və təhsil əməkdaşlığının əhəmiyyətindən danışıblar. Onlar bu istiqamətdə həyata keçirilə biləcək birgə layihələr barədə də təkliflərini səsləndiriblər.
Görüş zamanı təhsil sahəsində tətbiq olunan yeniliklər, tələbələrin karyera inkişafı üçün yaradılan imkanlar və dövlət–biznes–təhsil əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.
İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLARİCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 08 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun