İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlandı
Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.
KONKRET.azxəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

1 milyon insan işıqsız qaldı - 11 nəfər öldü
Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan atdı
1 yaşlı uşaq xəstəxanada epilepsiyadan ölüb - TƏSDİQLƏNDİ
Gəncədə 17 yaşlı oğlan qəfil öldü
Sabah bu ərazilərdə qaz olmayacaq
İlham Əliyev uzaqgörən liderdir' - Saar Bakı səfərindən yazdı - FOTO
Prezident Sumqayıtda açılışda iştirak etdi - Fotolar
İlham Əliyev Sumqayıtda bu müəssisənin təməlini qoydu - Fotolar
Sahibə Qafarova BƏƏ-yə səfərə gedib
Alla Puqaçovanın həyat yoldaşı tanınmaz halda - FOTOLAR
Tək rəqibim odur' - Elnarə hamını sildi
Məşhur aktrisa ana oldu - FOTOLAR
Cabbar Musayevdən ailə qalmaqalına reaksiya - 'Hamısı yalandır
Müğənni sənətini toyda göstərər' - Rəsul