İdarələrarası Mərkəzdə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi ilə görüş keçirildi
İdarələrarası Mərkəzdə Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi ilə görüş keçirildi
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı qurumlararası əlaqələndirmə funksiyasını yerinə yetirən İdarələrarası Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, xüsusi nümayəndəliyin vəzifələri və fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarələrarası Mərkəzlə birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Habelə görüşdə dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə yaradılmış Prezidentin xüsusi nümayəndəsi institutunun işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sistemli, ardıcıl və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi istiqamətində İdarələrarası Mərkəz və onun nəzdində fəaliyyət göstərən işçi qruplarla qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Gələcəkdə Prezidentin xüsusi nümayəndələrinin iştirakı ilə İdarələrarası Mərkəzin müvafiq işçi qruplarının birgə iclaslarının da keçirilməsinin zəruriliyi vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına