İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb - FOTO
Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin Azərbaycanın Qars şəhərindəki baş konsulluğu ilə birgə təşkil etdiyi mərasimdə yerli hakimiyyət orqanlarının, siyasi partiya şöbələrinin və İğdır ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasim "Qarda açan qərənfillər" adlı filmin nümayiş olunması ilə davam edib.
Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Ədalət və İnkişaf Partiyasının (AKP) İğdır şöbəsinin sədri Ali Kamal Ayaz çıxış ediblər.
Natiqlər 20 Yanvar faciəsinin tarixi barədə məlumat veriblər. Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyinin tapşırığı ilə Bakıda törədilən faciəyə ümummilli lider Heydər Əliyev sərt etiraz səsini ucaldıb, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyanın diqqətini Bakıda baş verən qanlı hadisələrə cəlb edib. Xalqımıza qarşı törədilən ağır cinayətlər pislənilib və bildirilib ki, bu faciə Azərbaycan xalqının qəhrəmanlığını, insanların öz Vətəni uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirib.


Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız