İğdır–Naxçıvan qaz kəməri region üçün strateji əhəmiyyət daşıyır - ŞƏRH

İğdır–Naxçıvan qaz kəməri region üçün strateji əhəmiyyət daşıyır - ŞƏRHTəməli 2023-cü il sentyabrın 25-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan İğdır–Naxçıvan qaz kəməri rəsmi mərasimlə həyata vəsiqə qazanıb. Bu layihənin həyata keçirilməsi region üçün strateji əhəmiyyət daşıyır.
KONKRET.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aqil Məmmədov söyləyib.
Onun fikrincə İğdır–Naxçıvan qaz kəməri, ilk növbədə, Naxçıvanın enerji təminatını yaxşılaşdıraraq qaz təchizatının dayanıqlılığını artıracaq. Əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq.
İğdır–Naxçıvan qaz kəməri region üçün strateji əhəmiyyət daşıyır - ŞƏRH"İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr olan boru kəmərinin 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəyir. Bununla da muxtar respublikanın yalnız bir mənbədən asılılığı aradan qalxacaq, enerji tədarükü şaxələnəcək və enerji təhlükəsizliyi daha da möhkəmlənəcək.
Bu addım, eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirir. İran üçün isə bu kəmərin istifadəyə verilməsi iqtisadi və siyasi təsir alətlərindən birinin zəifləməsi deməkdir. İndiyə qədər İran Naxçıvanın qaz təminatında mühüm rol oynayırdı və bu mövqedən istifadə edərək Azərbaycanla münasibətlərdə təzyiq vasitəsi kimi çıxış etməyə səy göstərirdi. Lakin yeni kəmərin işə düşməsi ilə İranın bu təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq", – deyə politoloq vurğulayıb.
Ermənistanın növbəti dəfə mühüm bir regional layihədən kənarda qaldığını deyən Aqil Məmmədov əlavə edib: "Regionun nəqliyyat və enerji şəbəkələrinə inteqrasiya əvəzinə destruktiv siyasət yürüdən bu ölkə dalana dirənib. Halbuki konstruktiv yanaşma nümayiş etdirməklə Cənubi Qafqazda əməkdaşlıq imkanlarından faydalana bilərdi. Lakin Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşan bu və digər irimiqyaslı layihələr Ermənistanın regional iqtisadi və enerji əməkdaşlığından daha da təcrid olunmasına gətirib çıxarır.
Nəticə etibarilə, İğdır–Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini gücləndirən, Azərbaycanın enerji strategiyasını möhkəmləndirən və regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir".

Siyasi       Tarix: 08 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber son xəbərlər bugün 2026 son xeberler bugun xəbər.az