III Çarlzın tacqoyma mərasimində iştirak edəcək qonaqların sayı AÇIQLANDI
Böyük Britaniya Kralı III Çarlzın Vestminster Abbeyində keçiriləcək tacqoyma mərasimində 203 ölkədən 2000-dən çox insan iştirak edəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.
Bildirilib ki, tədbirdə 100-ə yaxın dövlət başçısının iştirakı gözlənilir.
Məlumata görə, mərasimi daha 400-ə yaxın insan Vestminster Abbeyindəki Müqəddəs Marqaret kilsəsində izləyəcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, tacqoyma mərasimində ölkə liderləri və kral ailəsi ilə yanaşı, parlament üzvləri, kilsə nümayəndələri, diplomatlar, eləcə də Nobel mükafatı laureatları və digər qonaqlar iştirak edəcək.
Qeyd edək ki, Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində 96 yaşında vəfat edib. III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da keçiriləcək.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi