İki Avropa ölkəsi Türkiyənin qarşısında geri çəkildi - CƏBHƏDƏ GƏRGİNLİK
Fransa və İtaliya Türkiyə qarşısında geri çəkilib.
Publika.az xəbər verir ki, Türkiyə Şərqi Aralıq dənizində təbii qaz axtarmaq üçün Avropa İttifaqının təhdidlərinə və sanksiya qərarlarına boyun əyməyərək gəmilərini bölgəyə göndərib.
Cənubi Kipr Yunan Muxtariyyətinin elan etdiyi iqtisadi bölgədə pay sahibi olan İtaliyanın ENI və Fransanın "Total" şirkətləri energetika sahəsindəki proqramlarına 7-ci ərazi sahəsindən başlamaq planlarını dəyişdirib.
"Katimerini" qəzetinin xəbərində Şərqi Aralıq dənizində yaşanan gərginliyin və Türkiyənin buradakı fəaliyyətinin bu şirkətlərə təsir göstərdiyi bildirilib. Planın dəyişməsinə Türkiyənin böyük təsiri olduğu qeyd edilib.
Qeyd edək ki, Avropa İttifaqı Türkiyənin Aralıq dənizində enerji axtarışlarından narahatdır. İsrail daxil olmaqla, bəzi ölkələr Cənubi Kipri müdafiə edərək Türkiyəyə qarşı bir cəbhədə birləşmişdi.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək