İki erməni hərbçinin meyitlərinin qalıqları qarşı tərəfə verildi - RƏSMİ
2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işləri nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər ki, qalıqların 2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.
Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması təsdiqini tapıb.
Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək, üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını iyunun 21-də Ermənistana təhvil verib. / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü