İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş - FOTO
İki oğlunun itkin düşdüyünü deyən qadının övladı yox imiş - FOTO
Bu gün bir sıra sosial şəbəkələrdə və mediada Vətən Müharibəsində iki oğlunun itkin düşdüyü deyilən ana ilə bağlı reportaj yayımlanıb.
Reportajda Rəna Kazımova adlı qadın oğlanları Valid və Azər Kazımovun müharibədə itkin düşdüyünü və bu günə kimi onlardan xəbər ala bilmədiyini vurğulayıb.
Maraqlısı budur ki, Müdafiə Nazirliyinin açıqladığı itkin siyahısında Valid və Azər Kazımov qardaşlarının adı yoxdur.
Bu səbəbdən də "Qafqazinfo" məsələni araşdırıb.
Məlum olub ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. O, əslən Lənkəranın Osaküçə kəndindəndir. Bir il yarımdır ki, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayır. Suraxanı Rayon Səfərbərlik Xidməti də sözügedən adda olan şəxsləri xidmətə çağırmayıb.
Lənkəran rayonu Osaküçə kəndinin bələdiyyə sədri Həkət Cavadova da bildirib ki, Rəna Kazımovanın ruhi problemləri var. Onun hərbi xidmətə gedəcək yaşda övladı yoxdur:
"Mən elə indi onun qardaşı ilə danışdım. Məlum oldu ki, həmin qadının dediyi Valid onun özünün yox, qardaşının oğludur. Özü də illər əvvəl Rusiyaya gedib və orada yaşayır. Onun ümumiyyətlə, övladının olması ilə bağlı məlumat yoxdur".
H. Cavadova bildirib ki, qardaşının dediyinə görə, bacısı bir neçə il əvvəl doğulduğu kəndə gəlib və yanında Azər adında azyaşlı oğlan olub. Lakin bu uşağın onun özünün oğlu olub-olmadığı da bilinmir:
"Qardaşının dediyinə görə, bacısının psixoloji problemləri var. Bir dəfə 2015-ci ildə kəndə gəlib və yanında 7-ci sinifdə oxuyan Azər adında uşaq olub. Onun sənədlərini hazırlayıblar və müalicə etdiriblər. Lakin uşağın onun oğlu olub-olmadığı, hazırda söhbətin həmin Azərdən getdiyi də bilinmir. Amma o dəqiqdir ki, onun Valid adında oğlu yoxdur".


Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ
Zubir müqavilə bağladı, debüt də etdi
ÇL: "Sabah" "Mançester Yunayted"ə qarşı
ANAMA əməkdaşı minaya düşdü: ayağı amputasiya edildi