İkili standartlardan pandemiyaya qədər - İlanın ağına da lənət, qarasına da...

İkili standartlardan pandemiyaya qədər - İlanın ağına da lənət, qarasına da...İkili standartlardan pandemiyaya qədər - İlanın ağına da lənət, qarasına da...
COVİD-19 pandemiya səviyyəsi rəsmən elan edildikdən sonra dünyanın ciddi maliyyə institutları və nüfuzlu beyin mərkəzləri ilk proqnozlarını verdilər. Əvvəl-əvvəl istər pandemiyaya münasibətdə, istərsə də verilən proqnozlara yanaşmada hətta dünyanın ən aparıcı dövlətləri və onların liderləri fərqli, bəzən biri-biri ilə ziddiyyət təşkil edən mövqe sərgiləyirdilər. 
Karantin qaydaları tətbiqinin zəruriliyini, qoruyucu və dezinfeksiyaedici məmulatlardan istifadənin vacibliyini şübhə altına alan ölkələr, bəzən onlardan imtina edənlər də oldu. Bəzi ölkələr isə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini tənqid edir, tövsiyələrinə skeptik yanaşırdılar. Bu günün özündə də belə tənqidlər ara-sıra, haqlı-haqsız səslənməkdədir. Maraqlısı isə odur ki, bu tənqidlərin müəllifi kiçik yaxud orta səviyyədə inkişaf etmiş ölkələr deyil, dünyanın güc mərkəzləridir.
Bununla belə, beynəlxalq maliyyə institutlarının verdikləri proqnozlar artıq özünü doğrultmaqdadır. Ən qabaqcıl Avropa ölkələrinin iqtisadiyyatında geriləmənin həcmi 5-9%-dir, bir sıra ölkələrdə isə daha yuxarı həddədir. İlin sonunda bu göstəricinin konkret hansı həddə olacağını indidən dəqiqliklə proqnozlaşdırmaq mümkün olmasa da, əminliklə onu deyə bilərik ki, dünya iqtisadiyyatı uğradığı tənəzzülü dəf edə bilməyəcək, buna daha uzun zaman tələb olunacaq.
Nüfuzlu araşdırma mərkəzlərinin proqnozu bir də ondan ibarət idi ki, pandemiya yalnız dünya iqtisadiyyatına deyil, həm də geosiyasi mənzərəsinə, nüfuz dairələrinin yenidən bölüşdürülməsinə təsirsiz ötüşməyəcək. Bu proqnoz da özünü doğrultmaqdadır. Honq Konq ətrafında cərəyan edənlər bu dəyişimin ilk simptomu idi. Belarusda baş verən son hadisələr, Rusiyanın, o cümlədən hərbi müdaxiləsi ilə bağlı müraciətlər, geopolitik məkanda baş verən mürəkkəb oyunların, maraq toqquşmalarının təzahürüdür.
Türkiyənin Yaxın Şərqdə yerinə yetirdiyi sülhməramlı və təhlükəsizlik missiyasına qısqanc yanaşma da pandemiya fonunun müşayiəti cərçivəsində baş verən qlobal siyasi oyunların tərkib hissəsidir.
Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində, bölgədə sülhün və sabitliyin təmin olunmasında qardaş Türkiyənin yerinə yetirməkdə olduğu, beynəlxalq hüquqa söykənən fəaliyyətinə işğalçı Ermənistanın kölgə salmaq cəhdi də geosiyasi oyunların üzdə olan kiçik  hissəsidir. Lakin Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçı və təcavüzkar siyasətində olduğu kimi, bu oyunda da kiminsə istifadə etdiyi bir alətdir. Amma çox kəsərsiz alətdir, çünki ondan bir daha məkrli və ədalətsiz işdə  istifadə edilməkdədir.
Bütün bunlar bir neçə nəticəyə gəlməyə əsas verir. Onlardan birincisi odur ki, dünyanın güc mərkəzləri uzun illər öz siyasi maraqlarını təmin etmək məqsədi ilə ikili yanaşma standartlarını formalaşdırıblar. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli Qətnamələrini icra etməməsi məhz ikili yanaşmanın, cinayətkarın cəzalandırılmamasının və ya işğalçının hüquq müstəvisinə qaytarılması üçün göstərilən əməli beynəlxalq səylərin zəifliyinin nəticəsidir.
Gələ biləcəyimiz növbəti nəticə isə odur ki, oynanılmaqda olan qlobal siyasi oyunda dövlət müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün bərpası, çıxarlarımız nəzərə alınmadan, qardaş Türkiyə ilə bir yerdə, onun yanında olmağımızdadır. Çünki bizləri birləşdirən yalnız tarixi əlaqələrimiz və soyköklərimiz deyil. Bizləri birləşdirən həm də beynəlxalq hüququn dövlətlərimizə tanıdığı haqq, tarixi ədalətdir.
Beynəlxalq hüququ tanıyan, ona hörmət və əməl edən hər kəs və hər bir dövlətlə bir yerdə olmağa hazırıq. Pandemiyanın ağır sınağından dünya dövlətlərini və xalqlarını yalnız səhiyyə sistemlərinin mükəmməlliyi deyil, həm də beynəlxalq hüququn aliliyinə hamılıqla göstərilən hörmət və sayğı çıxara bilər. Burada ikili yanaşmaya və ikili mövqeyə yer olmamalıdır.
P.S. Yazını bitirəndə məlumat yayıldı ki, Ermənistanın keçmiş prezidenti S.Sarqsyan müsahibə verir. O bildirdi ki, Paşinyana qədər, özünün hakimiyyətdə olduğu dövrdə Rusiya Ermənistana 50 min ton həcmində pulsuz-parasız hərbi-texniki yük göndərib. Bu günlərdə isə məlum olmuşdu ki, ermənilərin Tovuz rayonu istiqamətindəki təxribatından sonra -iyulun 17-dən  avqustun 4-dək Rusiyadan Ermənistana 400 ton həcmində hərbi yük daxil olub, havayı yaxud qeyri-havayı olduğu bilinmir.
Belə çıxır ki, Sarqsyanla Paşinyan hakimiyyəti arasındakı fərq iki məsələdədir. Birincisi, göndərilən hərbi yükün həcmindədir. İkincisi isə odur ki, Sarqsyan birbaşa Rusiyanın adamı idi, Paşinyan isə Sorosun nümayəndəsidir. Bir daha təsdiqini tapan odur ki, siyasi oriyentasiyadakı bu fərqin də Rusiya üçün ATƏT-in Minsk Qrupu çərçivəsində tərəfsiz  vasitəçilik öhdəliyini üzərinə götürmüş ölkə olaraq elə bir ciddi əhəmiyyəti yoxdur. Fərq yalnız Sarqsyana və Paşinyana göndərdiyi hərbi yükün həcmindədir. Bax, burda deyirlər ki, ilanın ağına da lənət, qarasına da, ona zəhər verənə də...
Ülvi Quliyev
Milli Məclisin deputatı 
Modern.az /oxu.az

Siyasi       Tarix: 20 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az