İkinci dalğa təşvişi: siqaret çəkmək qadağan edildi
Pandemiyanın ikinci dalğasının yaşanması təşvişi olan İspaniyanın Qalisiya bölgəsində bəzi məhdudiyyətlər qüvvəyə minib.
Publika.az xəbər verir ki, sosial məsafənin təmin edilməyəcəyi durumlarda ictimai məkanlarda siqaret çəkilməsinə qadağa qoyulub.
Qərar bu gündən qüvvəyə minib. Muxtar vilayətin prezidenti Alberto Nunez Feico mütəxəssislərin tövsiyələri əsasında bu addımı atdıqlarını bildirib. Onun sözlərinə görə, siqaret çəkmək yüksək infeksion risk daşıyır.
Qalisiya ilə yanaşı, Əndəlüs, Kastilla Leon və Kastilla La Manş bölgələrində də bənzər tədbirlər görüləcək.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı siqaret çəkən insanların infeksiyaya daha müdafiəsiz olduğunu və əllərin ağızla təmasına görə daha sürətli yoluxmanın baş verə biləcəyini bildirir.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək