İkinci turda xaricdən verilən səslər necə hesablanacaq? - ƏTRAFLI
Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan türk seçicilər də seçkiyə gedəcək. Bunun üçün lazımi hazırlıq işləri görülür.
Bəs xaricdə keçirilən səsvermə prosesi bu turda necə olacaq?
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin seçicilər səsvermə hüquqlarını 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında istifadə edə biləcəklər.
Xaricdə səsvermə mayın 20-də başlayacaq.
Mayın 29-u 2005-ci il tarixindən əvvəl anadan olanlar, yəni birinci turdan sonra 18 yaşı tamam olanlar ikinci turda səs verə biləcəklər.
Birinci turda istifadə edilən seçici ünvanları xaricdə səs verəcəklər üçün yenə etibarlı olacaq. Ən çox türk seçicinin yerləşdiyi Almaniyada 13 konsulluq bölgəsində saat 8.00-23.00 arasında səsvermə edilə bilər. Digər 4 seçki məntəqəsində isə səsvermə saatları 9.00-21.00 arasında olacaq.
Bütün səslər mayın 28-də hesablanacaq. Qeydiyyatdan keçməyən seçicilər konsulluğa gedib xarici seçicilərin siyahısında qeydiyyatdan keçməlidirlər.
Səslərin xaricdən Türkiyəyə gətirilməsi birinci turdakı prosesə bənzəyəcək. Diplomatik kuryerlə Türkiyəyə gətiriləcək səslər mayın 28-də Türkiyədə seçki qutuları bağlandıqdan sonra digər səslərlə birlikdə hesablanacaq.//Qafqazinfo
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi