İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.
azxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırladı, yeni vəzifəsi ilə bağlı qonağı təbrik etdi.
Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri və bu çərçivədə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirdi, ölkəmizin də ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan Prezident İlham Əliyev artıq regionda yeni vəziyyətin yarandığını, bir ildən çox müddətdir ki, sülh şəraitində yaşadığımızı bildirdi.
ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.
Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd olundu.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu