İlham Əliyev Aleksandar Vuçiçi təbrik etdi
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Serbiya Respublikasında növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və lideri olduğunuz "Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır" koalisiyasının inamlı qələbəsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermənin nəticələri Serbiyanın inkişafı və rifahı yolunda həyata keçirdiyiniz siyasətə xalqınızın verdiyi yüksək qiymət və dəstəyi, Sizə olan böyük inam və etimadı bariz şəkildə əks etdirir.
Dost ölkə və etibarlı tərəfdaşımız olan Serbiya ilə əlaqələrimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi və müxtəlif sahələrdə gündən-günə genişlənən səmərəli əməkdaşlığımız bizi olduqca sevindirir. Aramızdakı fəal siyasi dialoq birgə fəaliyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin qorunub saxlanmasında və bugünkü səviyyəyə yüksəlməsində Sizin böyük əməyiniz və xidmətləriniz vardır.
Bu yaxınlarda gözəl ölkənizə səfərimi ən xoş təəssüratlarla xatırlayır, Sizinlə səmimiyyət şəraitində keçən görüşümüzü yüksək qiymətləndirirəm.
Əminəm ki, Azərbaycan-Serbiya müstəsna münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".
Xidmetler [newsid: 0-123300]

"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
Tanınmış alpinist infarkt keçirdi
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub
Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
Bu gecə hər ikisi meydana çıxacaq
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi