İlham Əliyev: "Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir
"Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir".
azxeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən dövlətimizin başçısı bunu əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz arasında əlaqələr regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi