İlham Əliyev: "Biz erməni faşizminin belini qırırıq
İlham Əliyev: "Biz erməni faşizminin belini qırırıq"
"Baxmayaraq ki, bizim ordumuz çox uğurlu əməliyyatlar həyata keçirirdi, beynəlxalq vasitəçilərin təklifləri nəzərə alınaraq üç dəfə atəşkəslə bağlı Ermənistanla razılığa gəlindi. Lakin hər dəfə onlar atəşkəsi kobud şəkildə pozdu".
Bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
Prezident bildirib ki, Ermənistan öz faşist əməllərindən əl çəkmir:
"İlk olaraq Gəncə şəhəri ballistik raketlərlə atəşə tutdular. İkinci dəfə atəşkəsdən cəmi 4-5 dəqiqə sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə "Smerç" raketi atıblar. Nəticədə 21 nəfər mülki şəxs həlak olub, 70 insan isə yaralanıb. Gəncəyə isə iki ballistik raketlə edilən hücum nəticəsində mülki şəxslər həlak olub. Bu erməni faşizminin eybəcər sifətidir. Biz, nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz erməni faşizminin belini qırırıq".
İ.Əliyev qeyd edib ki, əgər Ermənistan bu gün atəşi dayandırıb danışıqlar masası arxasında konstruktiv mövqe göstərsə, biz dayanmağa hazırıq:
"Biz hesab edirik ki, Qarabağ münaqişəsinin həlli hərbi-siyasi müstəviyə keçməlidir. Biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünüb bu qərara gəlməyə vadar edəcək".
Könül Cəfərli /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."