İlham Əliyev britaniyalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO

İlham Əliyev britaniyalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev britaniyalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın dövlət nazirini salamlayan Prezident İlham Əliyev deyib:
"Sizi Azərbaycanda görməyə çox şadam. Əminəm ki, səfəriniz yaxşı nəticələrlə çox uğurlu olacaq. Bu, bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir.
Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. "Əsrin müqaviləsi"nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir. Yeri gəlmişkən, iki gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.
Görüşümüzdən əvvəl mən bəzi məlumatlara nəzər saldım və gördüm ki, demək olar 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri "yaşıl zona" ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir. Bir daha ölkəmizə xoş gəlmisiniz".
Böyük Britaniyanın dövlət naziri Vendi Morton deyib:
"İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum".
Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
11:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonu qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İlham Əliyev britaniyalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEOİlham Əliyev britaniyalı naziri qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO

Siyasi       Tarix: 09 fevral 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı

Son günlər tanınmış jurnalist Mirşahin Ağayevin televiziya izləməyənlərlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, Real TV-də yayımlanan "Media masası" verilişində "Televizor

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta xeberler bugun son xəbərlər bugün 2026 ən son xeberler