İlham Əliyev: "Bu, son 100 ildə dünyanın görmədiyi vandallıqdır
İlham Əliyev: "Bu, son 100 ildə dünyanın görmədiyi vandallıqdır"
"Ağdamı, daha doğrusu, ondan geridə qalanları ziyarət edən beynəlxalq jurnalistlər buranı Qafqazın Hirosiması adlandırıblar. Mən isə bunun Hirosimadan daha pis olduğunu deyirəm".
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.
O, Hirosimanın nüvə-atomun yaratdığı faciə olduğunu, ancaq onun üzərindən barbar və vandalların keçmədiyini deyib:
"Ağdam şəhəri isə işğal illərində tamamilə məhv edilmişdi. Bilərəkdən, məqsədyönlü şəkildə. Eynilə Füzuli şəhəri kimi. Bu şəhəri azad edəndə və mən binaların birində bayraq qaldırılması barədə fərman verəndə, dedilər ki, bir dənə də salamat tikili yoxdur. Hansı ki, bu şəhərdə minlərlə insan yaşamışdı. Burada hər şey yerlə-yeksan edilmişdi".
Dövlət başçısı Cəbrayılda da, bundan başqa, onlarla kəndlərdə də eyni mənzərənin olduğunu qeyd edib:
"Bu, hərbi cinayətdir, son 100 ildə dünyanın görmədiyi bir hadisədir".
Azərbaycan Respublikasının başçısı ermənilərin məskunlaşdırıldığı şəhərlərdə yaşayış yerlərinin olduğunu, ancaq onların da sakinlər rayonu tərk edərkən məhv edildiyini xatırladıb.
"Bu vandalizm bu günə qədər davam edib", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub