İlham Əliyev çıxışları ilə informasiya müharibəsində yol xəritəsi çəkdi

İlham Əliyev çıxışları ilə informasiya müharibəsində yol xəritəsi çəkdi"44 günlük Vətən Müharibəsində Azərbaycan təkcə cəbhədə deyil, siyasi meydanda, informasiya savaşında qələbə qazandı". 
Bu fikirləri azxeber.com-a Diaspor İnformasiya Mərkəzinin rəhbəri, "İnterpress.az" informasiya portalının baş redaktoru Toğrul Allahverdili 44 günlük Vətən Müharibəsindən bəhs edərkən deyib.
O bildirib ki, qələbələrimizin əsas memarı Prezident İlham Əliyevdir:
İlham Əliyev çıxışları ilə informasiya müharibəsində yol xəritəsi çəkdi"Təbii ki, bu qələbələrin hər birinin başında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dururdu. İlham Əliyev həm Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi əsgərlərimizin döyüş tapşırığının yerinə yetirilməsində bir örnək idi, həm də Azərbaycan siyasətçilərinin siyasi arenada düşmənə layiqli cavab verilməsi önündə gedirdi, həm də bunu mən şərəflə, sevincli deyirəm ki, o informasiya savaşçılarının önündə idi. Bizim komandirimiz, liderimiz idi. Biz ondan nümunə götürərək informasiya cəbhəsində savaşırdıq".
Jurnalist əlavə edib ki, 44 günlük Vətən Müharibəsi dönəmində informasiya savaşında jurnalistlər Prezident İlham Əliyevin mübarizliyinə baxıb ilhamlanırdılar:
"Cənab Prezident İlham Əliyev informasiya savaşında hər birimizə örnək oldu. O, bizim önümüzə öz çıxışlarıyla informasiya müharibəsində yol xəritəsi qoydu.
Bu gün Vətən Müharibəsi başa çatıb. Artıq iki ildir ki, biz Vətən Müharibəsindəki Zəfərin dadını çıxardırıq. Zəfər bayramımıza hazırlaşırıq. Lakin informasiya müharibəsi bu gün hər bir cəbhədə davam edir. Dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımız, Azərbaycanı beynəlxalq arenada tanıdan dəyərli təmsilçiləri informasiya savaşında öz mübarizələrini davam etdirirlər".
Toğrul Allahverdili qeyd edib ki, bəzi ölkələr var ki, özlərini bizə dost kimi tanıtsalar da, bizim qələbəmizi həzm edə bilmirlər:
"Özlərini bizə dost, qonşu kimi təqdim edən dövlətlər var ki, iki illik savaşımızı həzm edə bilmirlər. Lakin biz yenə də bütün bu təxribatlara baxmayaraq, informasiya savaşını davam etdiririk. Misal üçün, Cənab Prezidentin son çıxışlarında, müsahibələrində də biz bunu görürük. Cənab Prezidentin istər dünyanın nüfuzlu televiziyalarına verdiyi müsahibələr, istər  beynəlxalq arenalardakı çıxışları, Avropada, Asiyada və digər ölkələrdə qəbul olunan, sevilən bir lider olması informasiya müharibəsində Azərbaycan gəncinin qarşısına çox böyük öhdəliklər qoyur. Bizim artıq informasiya savaşını uduzmağa haqqımızın olmadığını göstərir. Çünki biz elə bir liderin rəhbərliyi altında yaşayırıq ki, haqqımız çatmaz ki, biz məğlub olaq".
Jurnalist sonda dünya azərbaycanlılarına səslənərək onları informasiya müharibəsində aktiv olmağa çağırıb:
"Mən bir daha fürsətdən istifadə edib Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Zəfər çalan Ordumuz başda olmaqla, bütün xalqımızı, dünya azərbaycanlılarını Zəfər günü münasibətilə təbrik edirəm və hər birinə yeni-yeni zəfər bayramları arzu edirəm. Biz informasiya müharibəsində yetərincə çalışmalıyıq, savaşmalıyıq. Bir daha dünyadakı bütün azərbaycanlıları informasiya müharibəsində aktiv olmağa səsləyirəm".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 08 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne