İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.
azxeber.com xəbər verir ki, Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qədər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.
Görüşdə əlaqələrimizin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın olduğu vurğulandı, ölkələrimiz arasında mövcud sıx münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik bildirildi.
ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpası işində ölkələrimizin uğurlu əməkdaşlığı qeyd edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX