İlham Əliyev: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?
İlham Əliyev: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?"
"ATƏT-in Minsk qrupu bizi vəziyyətlə barışmağa sürükləyirdi ki, yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni reallıq yaratmışıq. Hər kəs yeni reallıqla hesablaşmalıdır".
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
"Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir?! Azərbaycana nə qədər böyük təzyiq göstərilir?! Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu? 28 il süründürə-süründürə bu məsələni elə bil həll edirdiniz.
Gəlib-getmək, orada görüş, burada danışıqlar... Yığılmışıq bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar? Düşmən harınlaşır, azğınlaışır, qudurur və bizə deyir ki, bu məsələnin həlli, hərb yolu ilə yox, ancaq sülh yolu ilə mümkündür.
Kim deyir ki, yoxdur? İndi məsələnin hərb variantı deyilmi? Biz indi BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Təkbaşına biz icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın!", - deyə prezident bildirib.
İ.Əliyev qeyd edib ki, onların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir:
"Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budurmu fəaliyyət? Bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilən uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb".
İlhamə Əbülfət /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."