İlham Əliyev: "Eyni sözləri min dəfə deyirdim ki, adamların beyninə girsin

İlham Əliyev: "Eyni sözləri min dəfə deyirdim ki, adamların beyninə girsinİlham Əliyev: "Eyni sözləri min dəfə deyirdim ki, adamların beyninə girsin"
"Hesab edirəm ki, biz yeni reallıq yaratmışıq. Çünki dondurulmuş münaqişələr dünyanın bir çox yerlərində var. Təkcə postsovet məkanında yox. Bu münaqişələrə nəzər salsaq, onların mənşəyini və indiki vəziyyəti təhlil etsək, görərik ki, artıq o ölkələrin vətəndaşları da, müəyyən dərəcədə beynəlxalq ictimaiyyət bu vəziyyətlə barışıb, razılaşıb, yaxud da ki, bunu alternativsiz bir variant kimi qəbul edib. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır". 
Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib: 
"Burada bu streotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgər bu amillərin vəhdəti varsa, deməli bu streotiplər qırılacaq. 
Birincisi, güclü siyasi iradə olmalıdır. Liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm, deyərəm ki, bu 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi, amma hər zaman var idi. 
Bu münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri id. Kim necə istəyir, elə də qəbul etsin. BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrə "yox" demək, onların idarəsindən kənarda addımlar atmaq əlbəttə ki, o qədər də asan məsələ deyil. 
İkincisi, xalqın mövqeyindən çox şey asılıdır. Əgər xalq bu vəziyyətlə razılaşıbsa, barışıbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb.
Mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacağıq. Bəziləri fikirləşirdi ki, nə üçün İlham Əliyev hər yerdə Qarabağ məsələsini qaldırır? Bu mövzuya aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırdım. Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin. İkincisi, bu, heç vaxt daxildə unudulmasın. Heç vaxt məcburi köçkünlərdə ümidsizlik yaranmasın. Eyni zamanda cəmiyyətdə bu məsələ unudulmasın. 
Real vəziyyət onu göstərirdi ki, bu məsələnin hərbi yolla həlli bizə baha başa gələ bilər. Hətta bütün imkanlarımız olsa belə, bunun hesabı ağır ola bilərdi. 
Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa, heç bir münaqişə həll oluna bilməz. Və sən haqlı olmalısan. Bizdə bütün ilkin amillər var idi. Bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. 
Bir də ki, nəsil yetişməlidir. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan son 17 ildə yetişən insanlarımızdır. Yaşlı nəslin əlbəttə ki, böyük əməyi, təcrübəsi var. Amma döyüşə gedən, sinəsini atəş altına qoyan 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır". /oxu.az

Siyasi       Tarix: 26 fevral 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun