İlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTO

İlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTOİlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev deyib:
"Çox maraqlı xatirə hədiyyələrinizə görə sizə təşəkkür edirəm. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mütəmadi keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuza görə təşəkkür edirəm. Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasına davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istərdim ki, ötən görüşümüzdən bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanıstan sərhədinə çatdırdıq. Bu, Cənub Qaz Dəhlizinin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə - gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin tamamlanması barədə məlumat verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq.
Mən, həmçinin sizin şəxsən verdiyiniz töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin şadam ki, neft-qaz sektorunda böyük şirkətlərin bir qismi indi kiçik və orta sahibkarlıq müəssisələri ilə çox mühüm əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu da bizim hökumətimiz üçün prioritet təşkil edir. Çünki biz Azərbaycan üçün dayanıqlı inkişafı təmin etmək istəyirik və bizim iqtisadiyyatımızın gələcəyi əhəmiyyətli dərəcədə sahibkarlıqdan, kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətindən və islahatların davam etdirilməsindən asılı olacaq. Ona görə də neft-qaz sektoru yalnız bizim islahatlarımızı lazımi vəsaitlə dəstəkləyən sektor olacaq və biz bu vəsaiti insan kapitalına yönəltməyə, həmçinin özəl sektoru dəstəkləməyə davam edəcəyik. Bir daha xoş gəlmisiniz".
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu istiqamətdə əlaqələrimizin inkişafında BP-nin rolu xüsusi vurğulanıb, əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycanda aparılan islahatların iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.
Görüşdə kiçik və orta sahibkarlığın inkişafı, alternativ enerji, innovasiyalar, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
12:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
İlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTOİlham Əliyev görüş keçirdi - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar kriminal cəbhədən yeni xəbərlər cebheden xeber