İlham Əliyev üçtərəfli İşçi qrupun görüşündən DANIŞDI
"Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.
"Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq.
Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq, Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq.
Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik", – Prezident bildirib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?