İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Ro-Pax" tipli "Akademik Zərifə Əliyeva" gəmi-bərəsinin suya salınması və eyni təyinatlı "Azərbaycan" gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə "Akademik Zərifə Əliyeva" gəmi-bərəsinin suya salınması mərasimində iştirak ediblər.
Məlumat verilib ki, "Ro-Pax" tipli "Akademik Zərifə Əliyeva" gəmi-bərəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub.
Prezident İlham Əliyev "Akademik Zərifə Əliyeva" gəmi-bərəsinin suya salınmasını bildirən düyməni basıb.
Birinci vitse-prezident Mehriban Əliyeva gəminin suya salınmasını bildirən rəmzi lenti kəsib.
Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ro-Pax" tipli "Azərbaycan" gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci vitse-prezident "Azərbaycan" gəmi-bərəsi barədə məlumat verilib. Bildirilib ki, nadirliyi ilə seçilən bu layihə çərçivəsində ilk dəfə Xəzərdə yeni "Ro-Pax" tipli gəmi-bərələr istismara veriləcək.
Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən düyməni basıb.
Diqqətə çatdırılıb ki, istismara verilən gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Bildirilib ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib.
12:59
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Ro-Pax" tipli "Akademik Zərifə Əliyeva" gəmi-bərəsinin suya salınması və eyni təyinatlı "Azərbaycan" gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.















Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub