İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək: Gözləntilər nədir?
Mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov azxeber.com-a açıqlamasında nəzərdə tutulan görüş haqda fikirlərini bildirib.
Politoloq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə təsiri ilə bağlı danışıb:
"ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən Vaşinqton görüşdə irəliləyişlərin olması ilə bağlı həm Azərbaycan tərəfi, həm də ABŞ tərəfi məlumat yaydı. Görüşlə bağlı Ermənistan tərəfindən bəzi məlumatlar yayılsa da, ancaq tam əksini tapmır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşdə yekun nəticənin əldə edilmədiyini bildirib. Vaşinqton görüşündə birinci razılıq sülh danışıqları prosesinin sürətləndirilməsi oldu. Bu proses üçün maneələr var. Eyni zamanda maraqlı tərəflər də var. Rusiya, İran, Fransa və digər ölkələr var ki, prosesin içindədirlər. Ermənistana təzyiq imkanları böyükdür. Ondan istifadə etməyə çalışırlar. Paşinyan hökümətinin özünü tam möhkəmlətməsi mümkün olmayıb. Qeyd etdiyim ölkələr ona təsir etmək imkanına malikdir".
Samir Hümbətovun fikrincə, Vaşinqton görüşündə bəzi məsələlər xüsusən də sülh müqaviləsinin detalları müzakirə olunub:
"Ən önəmli məqamlar Brüssel görüşünə saxlanılıb. Vaşinqton görüşü Brüssel görüşünün alt bazasının möhkəmlənməsinə təkan verdi. Brüssel görüşündə taleyüklü məsələlər müzakirə olunacaq. Çünki belə məsələlərə liderlər səviyyəsində qərar verilir. Vaşinqton görüşü 5-ci Brüssel görüşünün daha da qüvvətlənəsinə səbəb oldu".
Şəbnəm Zahir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi